Xəbər lenti

Maqazin 12:30 17.05.2019

Xalq artisti məhkəməyə verildi

Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, News24.az-ın məlumatına görə, bir müddət əvvəl "Bank Of Baku” ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızı da var. Bundan başqa bank "Viktori” LTD MMC-yə qarşı da eyni məzmunlu iddia irəli sürüb.

Bankın müraciəti ilə bağlı hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırmalar aparılır və proses davam edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?