Xalq artisti, ustad sənətkar Canəli Əkbərov keçmişindən danışıb.
Publika.az-ın məlumatına görə, xanəndə “Space” Televiziyasında yayımlanan “Etiraf edin” proqramında maraqlı etirafları ilə izləyiciləri təəccübləndirib.
“Anam 42 yaşında dünyasını dəyişdi. 8 uşaq qaldıq atamızın himayəsində. Mən atamı məcbur etdim ki, evlənsin. Atama özüm arvad tapdım. Anamın xalası qızı vardı, hansı ki, atama “yeznə” deyə müraciət edərdi, o qızı atama aldım. O, qadın ömrünün sonunadək atamın bir sözünü iki eləmədi. Ağzı nə idi eləsin, çünki mən var idim”.
Şərhlər