Xəbər lenti

Ölkə 23:27 25.01.2018

Xalq artisti reanimasiyadan palataya köçürülüb

Xalq artisti  Böyükxanım Əliyeva kardioloji şöbə palatasına köçürülüb.

Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Dövlət Kukla Teatrının baş rejissoru, Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov bildirib.

O qeyd edib ki, aktrisa hazırda həkim nəzarəti altındadır:

"Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) intensiv terapiya-reanimasiya şöbəsindən kardioloji şöbə palatasına köçürülüb. Həkim Kəmalə Sərdarlıya təşəkkür edirik. Hazırda  xalq artisti həkim Gülşən xanımın nəzarətindədir”.

Xatırladaq ki, xalq artisti ötən həftə  səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->