Xəbər lenti

Xalq artisti  reydə düşməyindən danışdı (VİDEO)
Video 21:38 26.03.2020

Xalq artisti reydə düşməyindən danışdı (VİDEO)

"Evimdən çıxıb maşınıma doğru gedirdim".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Arif Quliyev küçədə polisin reydinə düşməsindən danışarkən deyib. 

Aktyor dövlətin qoyduğu qadağalara və xüsusi rejimə əməl etməyin vacibliyini vurğulayıb:

"Martın 25-də evdən çıxıb maşınıma doğru gedirdim. 82 yaşlı qonşum da yanımdaydı. "Uçaskovu" bizi saxlayıb yaşımı soruşdu. Dedim 70-ə yaxın. Qonşumun da yaşını soruşdu. Sonra qonşuma əlcək uzatdı və bəzi məsləhətlərini verdi. Düz edirsiniz. Mən hara gedə bilərəm, görmürəm vəziyyət necədir? Bütun bunlar xalqa, onların sağlamlığına  görədir".

Arif Quliyev qeyd edib ki, "evdə qal" aksiyasına televiziya tamaşaçıları üçün xüsusi töhfə hazırlayıb: 

"Səhhətim əladır. Nə darıxıram, nə də sıxılıram. Təzə yumorlar hazırlayıram. Televiziyalara da məlumat vermişəm. İstəyirəm "evdə qal" aksiyasına mən də öz töhfəmi verəm ki, insanlar darıxmasın".
 
Qeyd edək ki, xalq artisti Arif Quliyev polisin reydinə düşüb. Aktyor 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->