Sosial şəbəkələrdə Rasim Balayevin deputatlığa namizədliyini irəli sürmək istəməsi barədə məlumat yayılıb. Hətta onun bu addımına tamaşaçılarının mövqeyini də soruşublar.
Qaynarinfo xəbər verir ki, xalq artisti Lent.az -a açıqlamasında bunu təkzib edib: "Mən namizəd olmaq istədiyim yox, istəmədiyim barədə soruşanlara məlumat vermişəm. Demişəm ki, qətiyyən elə bir fikrim yoxdur. İndi də deyirəm, mən deputat olmaq istəmirəm. Səhhətimlə məşğulam. Ayaqlarımın ağrısı mənə rahatlıq vermir. Nə qədər müalicə alıram, xeyri yoxdur, çox ağrıyır.”
Rasim Balayev hazırda yenə müalicə olunduğunu bildirib.
Allah sənətkarımıza şəfa versin!
Şərhlər