Xərçəngə yoluxduğunu eşidən Nisə Qasımova mahnı oxudu (VİDEO)
Xalq artisti Nisə Qasımova xəstəliyi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Sənətçi Qaynarinfo-ya açıqlamasında vəziyyətinin yaxşı olduğunu deyib.
"Boş şeydir. Hər şey əladır. Səhhətim yaxşıdır. Mən elə insan deyiləm, belə şeylərlə bağlı danışmaq istəmirəm. Xoşlamıram. Allah bütün xəstələrə şəfa versin”, deyə sənətçi bildirib.
Qeyd edək ki, Xalq artisti Nisə Qasımovanın xərçəng xəstəliyinə tutulması iddia edilib. Məlumata görə, sənətçi bir müddət öncə Milli Onkologiya Mərkəzinin Mamologiya şöbəsində süd vəzisi xərçəngindən əməliyyat olunub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər