Mərhum Xalq artisti Xuraman Hacıyevanın bacısı Rusiyanın Moskva şəhərində vəfat edib.
Lent.az-ın məlumatına görə, Xalq artistinin bacısı Briliant Hacıyeva koronavirus səbəbindən dünyasını dəyişib.
Onun meyiti sabah Bakıya gətiriləcək və burada dəfn ediləcək.
Qeyd edək ki, Xuraman Hacıyeva 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində anadan olub. O, 2005-ci ildə Bakıda vəfat edib.
Şərhlər