Xəbər lenti

Xameneyi öldürülən generalı üçün belə ağladı  (VİDEO)
Foto 14:34 06.01.2020

Xameneyi öldürülən generalı üçün belə ağladı (VİDEO)

Yanvarın 3-də gecə ABŞ hərbi qüvvələrinin Bağdad aeroportuna endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi Tehrana gətirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Tehranın İnqilab meydanında general üçün təşkil edilən vida mərasiminə minlərlə insan qatılıb. 

Süleymaninin cənazəsinin qarşısında komandirin mənəvi atası olaraq tanınan İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi gözyaşlarını saxlaya bilməyib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər dövlət rəsmiləri qatılıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->