Xəbər lenti

Yevlaxda Qərb derbisi: Qalib müəyyənləşmədi
İdman17:04 15.03.2026

Yevlaxda Qərb derbisi: Qalib müəyyənləşmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevlaxda baş tutan qərb derbisində qalib müəyyənləşməyib
Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.
Qaynarinfo xəbər verir ki, Yevlax şəhər stadionunda üz-üzə gələn "Kəpəz" və "Turan Tovuz" kollektivlərinin duelində qalib müəyyənləşməyib.
Hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.
Avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 17 xala malik "Kəpəz" isə onuncudur.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.