Xəbər lenti

"Neftçi" "Qəbələ"dən üstün oldu
İdman21:19 15.03.2026

"Neftçi" "Qəbələ"dən üstün oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XXIV turunda "Neftçi" "Qəbələ"ni məğlub edib.
Qaynarinfo xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.
"Ağ-qaralar"ın heyətində Bassala Sambu (22), Emin Mahmudov (69-p) və Murad Məmmədov (77) fərqləniblər. Ev sahiblərinin qolunu isə Seydina Keyta (19-p) vurub.
Xallarının sayını 34-ə çatdıran "Neftçi" turnir cədvəlində altıncı sıraya yüksəlib. "Qəbələ" isə 16 xalla on birincidir.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib. "Kəpəz" "Turan Tovuz" matçında isə (1:1) qalib müəyyənləşməyib.