Xəbər lenti

Dünya 16:33 02.09.2018

Xamneyi orduya əmr verdi: İran ABŞ-a qarşı müharibəyə hazırlaşır

ABŞ prezidenti Donald Tramp son açıqlamasında açıq aşkar İranın dini lideri Ayətullah Əli Xamneyini hədələdiyi üçün o, orduya gücü daha da artırmaq barədə əmr verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Xamneyi siyasi hesablamalara görə hərbi toqquşmanın olmayacağını, amma hər ehtimala qarşı silahlı qüvələrin hazırlıqlı olmasına ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, İranla Nüvə sazişini ləğv edən Tramp bir neçə gün öncə "Ağ ev"də verdiyi açıqlamada atılan addımların tezliklə İranı çökdürəcəyini bildirib.

"Hakimiyyət başına gələndə sual İranın nə zaman Yaxın Şərqə hökmranlıq edəcəyi idisə, indi isə İranın həyatda qala biləcəyidir. Son il yarımda böyük fərq var", - deyə Tramp söyləyib.

İranın xarici işlər Naziri Məhəmməd Cavad Zərif isə Trampın açıqlamasını şərh edərkən bunun ABŞ idarəçiliyinin "zehni pozğunluğunun" göstəricisi olduğunu deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->