Xəbər lenti

Xanım direktordan açıqlama: “Haqqımda yazılanlar cəfəngiyyatdır”
Ölkə 20:21 19.01.2018

Xanım direktordan açıqlama: “Haqqımda yazılanlar cəfəngiyyatdır”

Xəbər verildiyi kimi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın işdən çıxması ilə bağlı məlumatlar yayılıb.

Bəzi media qurumlarında M.Məmmədovanın işdən çıxarılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

Bu barədə unikal.org-a açıqlama verən M.Məmmədova yazılanların həqiqətə uyğun olmadığını bildirib:

"Haqqımda yazılanlar cəfəngiyyatdır. Mən istəməzdim ki, sözügedən məsələ bu şəkildə gündəmə gəlsin. Mən öz ərizəmlə işdən çıxmışam. Rəhbərliklə aramda hər hansı bir problem olmayıb. İnsan bir yerdə daimi işləyəsi deyil. Hər kəs iş yerini dəyişə bilər. Amma təəssüf ki, kimlərsə bunu şişirdərək başqa müstəviyə çəkiblər. Yazılanların heç bir əsası yoxdur. Ərizə yazmışam, işdən azad olunmağımı xahiş etmişəm. Sözün düzü, ərizəmə qol çəkilib-çəkilmədiyini də bilmirəm. Bundan əvvəl İctimai Televiziyada çalışırdım. Məni AzTV-yə sədr Arif Alışanovun özü dəvət edib və informasiya proqramları studiyasının direktoru təyin edib. İşlədiyim dövrdə də rəhbərliklə hər hansı bir problem yaşanmayıb. Sədr Arif Alışanovun təqdimatı ilə mənə fəxri ad və jurnalistlərin binasından ev verilib. Adətən gedənlər nəsə danışırlar. Amma mən səmimi deyirəm ki, heç bir problem olmayıb. Yenə də deyirəm, Arif Alışanovla aramızda hər hansı problem yoxdur, ola da bilməz. O sədrdir, mən studiya direktoru. Studiya direktorunun sədrlə nə problemi ola bilər ki? Rəhbər kimi də mən ondan yalnız yaxşılıq görmüşəm”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->