Video 14:17 19.01.2019

Xanım müğənnimizin avtomobilinə hücum etdilər (VİDEO)

Müğənni Emiliya Yaqubovanın başına iş gəlib. 

Qaynarinfo xəbər verir ki, sənətçinin avtomobilinə hücum edilib. Bu barədə ifaçı sosial mediada məlumat verib:

"Yersiz istehsal”ımıza göz dəydi. Maşınımın pəncərəsini sındırıb, yarmaq istədilər. Xoşbəxtlikdən maşında qiymətli əşya saxlamıram. Siz də saxlamayın. Bir külək idi, oldu keçdi”.

Qeyd edək ki, Yaqubova "Səs Azərbaycan” layihəsinin qalibidir.