Xəbər lenti

Xanım psixoloqdan qadınlara 8 Martla bağlı məsləhət: “Siyahınızı verin”
Ölkə 15:43 06.03.2020

Xanım psixoloqdan qadınlara 8 Martla bağlı məsləhət: “Siyahınızı verin”

Rusiya Psixoloqlar Federasiyasının üzvü Yuliya Çelışeva 8 Martda arzuladıqları hədiyyəni əldə etməyin yolunu gösrətib. 

Qaynarinfo xəbər verir ki, onun fikrincə, qadınlar kişilərinə istədiklərini açıq şəkildə söyləməlidirlər, çünki eyhamlar həmişə tam başa düşülmür.

Moskva Şəhər Pedaqoji Universitetinin dosenti Yuliya Çelışeva qeyd edib ki, tez-tez qızlara elə gəlir ki, arzulamadıqları hansısa hədiyyə ilə bağlı eyhamları kifayət edir. Yuliya məsləhət görür ki, istəmədikləri hədiyyələrin siyahısı varsa, qadınlar onu öz sevdiklərinə verməkdən çəkinməməlidir.

Eyni zamanda, psixoloq xoşlamadıqları bir hədiyyəni aldıqları vaxt xoş reaksiya verməyi və əsl duyğuları göstərmədən vəziyyəti zarafat kimi çatdırmağı tövsiyə edir. Öz növbəsində kişi ekspertlər də 8 Mart hədiyyələri ilə əlaqədar qadınların istəklərinə diqqətli olmağı məsləhət bilir. 

"Bir qadına haqqında yaxşı danışmadığı bir şeyi hədiyyə etməyin. Bu, 8 Martda bağışlanan çiçəklərə də aiddir", - deyə Çelışeva fikrini yekunlaşdırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->