Ölkə 13:57 30.01.2019

Xanım teleaparıcı onkoloji xəstəliyə tutulub

Tanınmış teleaparıcı Tahirə Məmmədqızı onkoloji xəstəlikdən əziyyət çəkir. 

Qaynarinfo xəbər verir ki, bu barədə aparıcının "Instagram" hesabında məlumat verib.

"10 günə ağır əməliyyata gedirəm. Allah bütün bəndələrinə kömək olsun. Adətən xəstəlik bir sınaq sayılır. Deyəsən bu sınaqdan bir dəfə də keçməli olacam. Yaxın günlərdə onkoloji xəstəliklə əlaqədar ağır əməliyyat keçirməli olacam” deyə Tahirə Məmmədqızı yazıb.