Foto 17:15 06.12.2020

Xankəndiyə göndəriləcək humanitar yardım Gəncə hava limanında (FOTOLAR)

Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndinə çatdırılması məqsədi ilə göndərilən humanitar yük 2020-ci il dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.

Qaynarinfo xəbər verir ki, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.