Xəbər lenti

Ekonomiks 22:50 15.08.2020

Xaricdən gətirilən avtomobillərin idxal qiymətləri məlum oldu

Azərbaycana xaricdən gətirilən avtomobitllərin idxal qiymətləri açıqlanıb.

Qaynarinfo Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvra-iyul aylarında ölkəyə gətirilən 27 792 avtomobilin idxalı 340 969 min dollara başa gəlib.

Bu vəsaitin böyük hissəsi - 294,7 milyon dolları minik avtomobillərinin payına düşüb. Bir minik avtomobilinin idxalı orta hesabla 11 336 dollara başa gəlib. Qeyd edək ki, ilin əvvəlində ölkəyə daha ucuz avtomobillər idxal olunurdu, amma sonradan avtomobillərin orta idxal qiyməti artmağa başlayıb. Belə ki, yanvarda gətirilən minik avtomobillərinin qiyməti 9237 dolllar, fevralda 9276 dollar, martda 9737 dollar, apreldə 10 383 dollar, mayda 11 063 dollar, iyunda 11 315 dollar, iyulda isə 11 336 dolar təşkil edib.

Ölkəyə gətirilən avtobusların hər biri 87 min dollardan, yük avtomobillərinin biri 15,3 min dollardan idxal edilir.

Xaricdən Azərbaycana gətirilən ən ucuz avtomobillər «hibrid»lərdir (həm daxili yanma, həm də elektrik mühərriki ilə işləyənlər). Onların hər birinin idxalı 5,9 min dollara başa gəlir. Elektrik avtomobilləri isə 54 min dollardan idxal edilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?