Xarici ölkədə qalma müddətləri bitən azərbaycanlılar deport edildilər

Xarici ölkədə qalma müddətləri bitən azərbaycanlılar deport edildilər

Rusiyanın Kamçatka vilayətindən qovulan 170-dən çox miqrantın içərisində azərbaycanlılar da olub.

Rrossaprimavera.ru-nun Federal Məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə 176 xarici vətəndaş qanun pozuntusuna görə Kamçatka ərazisinin icraçıları tərəfindən Rusiyadan deport olunub.

Qeyd olunur ki, Kamçatka ərazisindən çıxarılan əcnəbilərin əksəriyyəti Azərbaycan, Özbəkistan, Ukrayna, Ermənistan və Qırğızıstan vətəndaşları olub. Onlar bura müvəqqəti iş icazəsi ilə gəlsələr də, müddət başa çatdıqdan sonra geri qayıtmayıblar.

Miqrasiya qanunvericiliyini pozanların hamısının Rusiyaya 5 il müddətinə girişi qadağan edilib.
XƏBƏRLƏR
BLOGLAR