Xəbər lenti

Xərçəng olmaq istəməyənlər bu qidalardan yesin (SİYAHI)
Sağlamlıq 21:00 02.10.2018

Xərçəng olmaq istəməyənlər bu qidalardan yesin (SİYAHI)

Dünyada 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Araşdırmalara görə, düzgün qidalanmaqla xərçəng riskini 30 faiz aşağı salmaq mümkündür.
 
Qaynarinfo Unikal.org-a istinadən xəbər verir ki, məşhur dietoloq Mərvə Sehlikoğlu süd vəzi xərçəngindən qoruyan qidaların siyahısını açıqlayıb.
 
Siyahının başında paxlalılar gəlir. Xərçəngdən qorunmaq üçün bədən normal çəkidə olmalıdır. Mərcimək, quru lobya, noxud kimi paxlalı bitkilər qan şəkərini normada saxladığından toxluq müddətini uzadaraq çəkiyə nəzarət etməyə kömək olur.
 
Araşdırmalar sarımsağın immuniteti gücləndirdiyini və xərçəngdən qoruduğunu sübut edib. Sarımsağı çiy olaraq yemək tövsiyə edilir.
 
Vitaminlər xəstəliklərlə mübarizədə önəmlidir. Antioksidant özəlliyi ilə seçilən C vitaminin yetməzliyi xərçəng meydana gətirə bilər. Bu səbəblə, portağal, naringi, kivi kimi meyvələrin, cəfəri, turp, yaşıl bibər kimi tərəvəzlərin istehlakı məsləhət görülür. Həmçinin, pomidorun tərkibindəki "likopen" maddəsi xərçəngdən qoruyur.
 
Somon, palamut, lüfer kimi balıqların tərkibi yağ turşuları ilə zəngin olduğu üçün xərçəngdən qorunmağa yardımçı olur. Bu səbəblə, həftədə 2-3 dəfə balıq yemək tövsiyə edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->