Dünya 19:21 08.07.2020

Xərçəngin müalicəsində alimlərdən inqilabi kəşf - Əqrəblər...

Rus və Belçika alimləri müxtəlif rəngli əqrəblərin zəhərinin molekullarını bir sıra otoimmun xəstəlikləri müalicə etmək üçün uyğunlaşdıra bilib. Onlar xüsusilə onkoloji xəstəliklərin bir neçə növünün müalicəsində kömək edə bilərlər.

Qaynarinfo xəbər verir ki, müvafiq hesabat "Frontiers in Pharmacology” jurnalında dərc edilib.

Xüsusilə əqrəb zəhəri molekulları həyati fizioloji funksiyaları yerinə yetirən kalium kanallarını bloklaya bilər. Onlar hüceyrələrin bölünməsi və immunitet reaksiyasında iştirak edirlər.

Əqrəb zəhərindən hazırlananbloklayıcı maddələrin sayəsində kanalların fəaliyyətinin aktivliyini xeyli azaltmaq olar.

Tədqiqatçılar bir sıra xəstəliklərin inkişafına səbəb olan kanalları bloklamağa başlayandan sonra zəhərin tərkib hissəsini dəyişdirməyə müvəffəq olublar. Hhazırda elm adamları zülal və kanalların qarşılıqlı hissələrinin necə qurulduğunu araşdırmaq niyyətindədirlər.

Alpər