Fransisk Krik İnstitutu kələm və brokolinin xərçəng əleyhinə faydasını kəşf edib.
"Qafqzinfo”"Habertürk”ə istinadən xəbər verir ki, bunların xüsusilə bağırsaq xərçənginin formalaşmasının qarşısı aldığı bildirilib.
Bu, laboratoriyada siçanlar və maket bağırsaqlar üzərində aparılan testlərdə elmi cəhətdən də sübut olunub.
"İndol-3 karbinol” maddəsinin yer aldığı bu tərəvəzlər bağırsağın işini daha da yaxşılaşdırır. 4-5 gün ərzində isə bağırsaqlar sanki dərinin yenilənməsinə bənzər şəkildə yenilənir və daha aktiv çalışır.
Şərhlər