Xəbər lenti

Xəstəlik 10 yaşlı qızı qoca qarıya çevirdi (FOTOLAR)
Foto 20:41 17.08.2019

Xəstəlik 10 yaşlı qızı qoca qarıya çevirdi (FOTOLAR)

Kambocada yaşayan Bo Rakçin 10 yaşında olmasına baxmayaraq, sürətlə qocalır.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, birinci sinifdə oxuyan Bo elastolizis daşıyıcısıdır. Məktəbliyə dəqiq diaqnoz qoyulmasa da, qızcığaz xarici görünüşünü anasının yuxusu ilə əlaqələndirir:

"Anam hamilə olanda bir gün yuxusunda əlinə gül alıb. Ancaq həmin gülün ləçəkləri tökülməyə başlayıb. Sonra isə mən bu cür doğulmuşam”.

Sinif yoldaşları və hətta öz bacısı, qardaşı Bonu xarici görünüşünə görə ələ salır, ona "nənə” deyə müraciət edirlər.

Bo bu səbəbdən tezliklə böyüyüb plastik əməliyyat olunmaq istəyir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->