Xəbər lenti

Xəstəxanaya yerləşdirilən Əməkdar artistdən açıqlama
Sənət 10:32 13.11.2017

Xəstəxanaya yerləşdirilən Əməkdar artistdən açıqlama

"Mən ölsəm də, çəkiliş meydançasında, səhnədə öləcəm. Heç bir qüvvə məni səhnədən ayıra bilməz".

Bu sözləri kult.az-a səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilən Əməkdar artist Kəmalə Müzəffər bildirib. Aktrisa səhhəti ilə bağlı açıqlama vermək istəməsə də, baş verənlərin onun işinə heç bir halda təsir etməyəcəyini bildirib:

"Bir müddət dincəlmək istəyirəm. Hər kəsdən rica edirəm, məni anlasınlar. Bu barədə danışmaq istəmirəm. Danışdıqca pis oluram”.

Əməkdar artist əlavə edib ki, hazırda çəkilməkdə olduğu ATV kanalında yayımlanan "Ögey ana” serialındakı rolu davam edir və çəkilişlərə qatılır:

"Məni heç bir qüvvə səhnədən, çəkiliş meydançasından ayıra bilməz. Əlbəttə ki, serialımız davam edir. Belə də olacaq. Mən ölsəm, çəkiliş meydançasında öləcəm. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər xəstəxanaya yerləşdirilib. Onun "Vicdan haqqı” serialından müəyyən səbəblər üzündən ayrılmasından sonra tənqid edildiyinə görə stress yaşadığı deyilir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->