Xəzər dənizinin Sumqayıt sahilində çimməyə 28 ildir qadağa qoyulub.
Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rafiq Abdullayev APA-nın yerli bürosuna bildirib ki, 1991-ci ildən başlayaraq Sumqayıt çimərliklərindən istifadə qadağan olunub: "Tam 28 ildir ki, "Acıdərə" kanalının birbaşa təmizlənmədən dənizə axıdılması Hacı Zeynalabdin qəsəbəsindən Corat qəsəbəsinə qədər olan çimərlik sahəsini istifadəyə yarasız hala salır. Dövlət səviyyəsində bununla bağlı hər zaman işlər aparılıb və hazırda da aparılır. Hələ heç bir nəticə əldə olunmayıb. Sumqayıt ərazisindən götürülən dəniz suyu nümunələri həm bakterioloji, həm də fiziki-kimyəvi göstəricilərinə görə normativlərə cavab vermir".
R. Abdullayev Nazirlər Kabinetinin 1991-ci ildən verdiyi 9 saylı qərarın hələ də qüvvədə qaldığını bildirib: "Bununla bağlı aidiyyatı qurumlara hər il məktubla müraciətlər olunur ki, "Çimmək qadağandır" nişanları qoyulsun və ərazi diqqətdə saxlanılsın”.
Şərhlər