Xəbər lenti

“Xəzər Lənkəran”ın baş məşqçisi istefa verdi
İdman 12:09 26.02.2013

“Xəzər Lənkəran”ın baş məşqçisi istefa verdi

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Karles Bakes istefa verib. Bu barədə apasport.az saytına ispaniyalı mütəxəssis özü məlumat verib.

O bildirib ki, bu qərarının əsas səbəbi komandanın uğursuz çıxışı, qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməməsidir: “Bu barədə artıq rəhbərliklə söhbət etmişəm. Belə qərara gəldik ki, komandadan indi ayrılmağım daha məqsədəuyğundur”.

Qeyd edək ki, Topaz Premyer liqasının XXI turunda “Qəbələ”yə 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” “altılıq” şanslarını çətinə salıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->