Xəbər lenti

Foto 09:54 02.08.2018

“Xəzərin sahilində-2018” festivalı davam edir - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında "Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.

Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, axşam saat 20:00-dən 23:00-dək davam edən festivalın musiqili hissəsində "Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifaları ilə iştirakçıların daha əyləncli bir axşam yaşadıb.

Paytaxtın sakinləri və qonaqlar, xüsusilə gənclər iyulun 14-dən sentyabrın 1-dək hər həftənin şənbə günləri saat 20:00–dan 23:00-dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərlər.

Festival ərazisində iştirakçılara piknik etməyə, müxtəlif oyunlar və yarışlar keçirmələrinə şərait yaradılır.

Festivala giriş ödənişsizdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?