İyulun 22-də ANAMA-ya Lənkəran şəhəri ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
Qaynarinfo xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran şəhər rayon Polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Dəniz sahilinə baxış keçirilib. Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-62P3 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minanın ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Şərhlər