Xəbər lenti

Xidməti vəzifəsini yerinə yetirərkən faciəli şəkildə ölən FHN əməkdaşının fotosu
Ölkə 11:36 21.02.2026

Xidməti vəzifəsini yerinə yetirərkən faciəli şəkildə ölən FHN əməkdaşının fotosu

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciəli hadisə baş verib.

Belə ki, xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində FHN-nin əməkdaşı, Neftçala rayon sakini vəfat edib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü, Neftçala rayonunun Şorkənd kənd sakini Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həyatını itirib.

--> -->