Siyasət 15:36 05.04.2019

XİN başçılarının növbəti görüşünün tarixi razılaşdırılıb

"Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşün tarixi razılaşdırılıb".

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Moskvada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

"Tarixi razılaşdırmışıq. Mövcud öhdəliyimizə əsasən, bunu görüşdən bir neçə gün əvvəl, eyni vaxtda açıqlayırıq. Odur ki, bunu deyəcəyik, amma bir qədər sonra”, - nazir qeyd edib.