Xəbər lenti

Siyasət 13:32 24.03.2018

XİN: “Bu dar düşüncəli siyasətlə kimi aldatmaq istəyirlər?”

"Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın Sərsəng su anbarı ilə bağlı fikirlərini Trend-ə şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib: "Ermənistan XİN nümayəndəsinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alaraq gülünc doğurur. Göründüyü kimi, onlar Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq siyasətini müdafiə etmək üçün hər hansı ciddi və əsaslı dəlildən məhrumdurlar. Maraqlıdır, bu dar düşüncəli siyasətlə kimi aldatmaq istəyirlər? Çox güman ki, yalnız və yalnız Ermənistan xalqını”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?