Xarici İşlər Nazirliyinin (XİN) strukturuna daxil olan idarələrin sayı artırılıb.
Qaynarinfo bu barədə XİN-in saytına istinadən xəbər verir.
Yeni təyin edilən nazir müavini Elnur Məmmədovun kurasiyasında olan
idarələr müəyyənləşib.
Onlar aşağıdakılardır:
- Amerika idarəsi;
- Asiya İdarəsi;
- UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi;
- Ümumi Katiblik;
- Linqvistik təminat idarəsi;
- Arxiv İdarəsi;
- İşlər İdarəsi;
- Xüsusi şöbə.
Qeyd edək ki, bu il aprelin 30-da Elnur Məmmədov xarici işlər nazirinin müavini
təyin edilib.
Şərhlər