Video 14:50 30.11.2020

Xocalıda girov götürülən 16 yaşlı Cavanın başına gətirilən müsibətlər (VİDEO)

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itgin düşmüş, girov götürülmüş vətəndağlarımızla bağlı növbəti videoreportaj yayıb.

Qaynarinfo xəbər verir ki, budəfəki reportajda 1992-cı il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itgin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.

"Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və bacımız düşmənə əsir düşüb. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etməyib", məlumatda bildirilib.