Topaz Premyer Liqasının V turunda "Zirə" "Neftçi" ilə qarşılaşıb.
Qaynarinfo futbolpress-ə istinadən xəbər verir ki, "Dalğa Arena"da keçirilən matçdan sonra kuryoz hadisə baş verib. "Zirə"nin avtobusu işə düşməyib. Belə ki, komandanın üzvləri və texniki heyəti nəqliyyat vasitəsini itələməli olub. Yalnız bundan sonra avtobusu işə düşüb.
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Şərhlər