Xəbər lenti

Bakıya məcburi eniş edən təyyarələr təyinat məntəqələrinə yola düşüb
Ekonomiks 12:48 02.10.2024

Bakıya məcburi eniş edən təyyarələr təyinat məntəqələrinə yola düşüb

Ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş həyata keçirən aviaşirkətlər artıq gecə saatlarında təyinat məntəqələrinə yola düşüb.

Bu barədə Qaynarinfo-ya Aeroportun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bakı aeroportunda bütün uçuşlar ştat rejimində yerinə yetirilir.

Qeyd edək ki, ötən gün İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Varşava-Mumbay reysini həyata keçirən "LOT Polish Airlines” aviaşirkətinin "Boeing 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə "Qatar Airways” aviaşirkətinə məxsus Moskva-Doha reysini yerinə yetirən "Boeing 787” təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->