"Keşlə" növbəti transferini reallaşdırıb. Qaynarinfo xəbər verir ki, xəbər verir ki, paytaxt təmsilçisi yamaykalı hücumçu Andre Klennonla anlaşıb.
Ukraynalı mütəxəssis Yuri Maksimovun bəyəndiyi 28 yaşlı hücumçu artıq Bakıya gəlib və onunla 6 aylıq sözləşmə imzalanıb.
Legioner son olaraq Finlandiyada VPS klubunda çıxış edərək 21 oyunda 4 qol vurmağı bacarıb. Klennon Yamayka yığmasında cəmi 4 dəfə forma geyib.
Andrenin VPS-də komanda yoldaşı olmuş Qambiya millisinin futbolçusu Sohna Ebrihamla da danışıqlar aparılır. Demək olar transferdə razılığa gələn tərəflər son detalları Türkiyədə müəyyənləşdirəcək. 29 yaşlı yarımmüdafiəçi "Keşlə"nin Antalyadakı təlim-məşq toplanışına qatılacaq. Komanda sabah qardaş ölkəyə yollanacaq.
Klennon "Keşlə"nin hazırkı fasilədə ilk əcnəbi forvard transferidi. Bunadək keçidlər qapıçı Kamran Ağayev, müdafiəçi Məqsəd İsayev, yarımmüdafiçilər - argentinalı Pablo Podio, serbiyalı Nemanya Stoyanoviç, kamerunlu Herve Tçami və hücumçu Vaqif Cavadov olub.
Şərhlər