Dünya 14:31 19.04.2019

Yanlış partiyaya səs verdiyi üçün barmağını kəsdi

Hindistanda 25 yaşlı Pavan Kumar adlı gənc seçkilərdə yanlış partiyaya səs verdiyi üçün şəhadət barmağını kəsib.

Qaynarinfo xəbər verir ki, Kumar "Bahujan Samaj" Partiyasına səs vermək istəyib, lakin loqoları qarışdıraraq "Bharatiya Janata" Partiyasına səs verib. Gənc bu addımından sonra qəzəblənib və görünməz mürəkkəbin vurulduğu şəhadət barmağını kəsib. 

Qeyd edək ki, Hindistanda davam edən parlament seçkilərində 45 partiya mübarizə aparır. Səsvermə elektron keçirilir və ekranda siyasi partiyaların loqoları yer alır. Təhsil səviyyəsinin aşağı olduğu ölkədə partiya loqoları seçki prosesində əhəmiyyət daşıyır. 

Gülşən