"Doktoranturaya qəbul imtahanında ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır.
M.Abbaszadənin sözlərinə görə, I mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq: "Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu ödənişli olacaq".
O qeyd edib ki, qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqları dərc olunacaq.
Şərhlər