Azərbaycanın hakim partiyasından seçkidən əvvəl keçirəcəyi qurultayla bağlı açıqlama gəldi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov trend-ə bildirib ki, iyun ayında YAP-ın qurultay nümayəndələrinin seçilməsi planlaşdırılır:
"Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının təxminən 30 faizində dəyişiklik olub. Dəyişiklik sədrlərdə, İdarə Heyətində və şura üzvlərində də olub. Nümayəndələr seçildikdən sonra qurultayın keçirilməsi ilə bağlı qərar veriləcək və vaxtı bəlli olacaq".
Onun sözlərinə görə, YAP-ın prezident seçkiləri ilə bağlı hazırlığı davam edir: "Bu gün partiyanın Bakı şəhər təşkilatlarının sədrləri ilə görüş keçirdik, bundan qabaq şəhər və rayon təşkilatlarının sədrlərinə tapşırıqlar verilib və hazırda YAP-ın seçki proqramına uyğun şəkildə fəaliyyət davam edir. Təbii ki, ildən-ilə Yeni Azərbaycan Partiyasının strategiyası yeniləşir, dünya praktikası və digər məsələlər burada öz əksini tapır. Hər yeni seçkilərdə yeni-yeni texnologiyalar tətbiq olunur".
Qaynar.info
Şərhlər