Yapon muğənnidən dəstək:

Yapon muğənnidən dəstək: "Yaşa, Yaşa, Azərbaycan"

Yaponiyalı muğənni Kyoko Yamamoto Qarabağda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.

Qaynarinfo xəbər verir ki, xanım sənətçi bu barədə sosial şəbəkə hesabında yazıb.

İlk dəfə Azərbaycana 2014-də səfər edən və Nar bayramına qatılan Kyoko Yamamoto ölkəmizə sülhün qayıtmasını arzulayıb: 

"İlk dəfə Azərbaycana 2014-də getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. 2018-ci ildə yenidən Azərbaycana getmişəm və Heydər Əliyevin anım mərasimində iştirak etmişəm. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın... Yaşa, Yaşa, Azərbaycan”.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR