Texnologiya 14:48 01.01.2021

Yaponiya 2035-ci ilə kimi pilotsuz qırıcılar istehsal edəcək

Yaponiya Müdafiə Nazirliyi pilotsuz döyüş təyyarəsinin hazırlanmasını 2035-ci ilə qədər tamamlamağı planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, "Nikkei” qəzetinin yazdığına görə, 14 il içində təyyarə artıq səmanı görməlidir.

Qırıcı kokpit (pilot kabinəsi) olmadan dizayn edilib, bu da onun ölçüsündə qənaətə imkan verəcək. Pilotsuz təyyarə idarə olunan həmcinslərindən daha ucuz olacaq. Ancaq süni zəka və uzaqdan idarəetmə üçün bir çox xərclər gözlənilir.

Təyyarənin yaradılması üçün 2,7 milyard yen (təxminən 26,1 milyon dollar) ayrılacaq. Uçuşa nəzarət və idarəetmə texnologiyaları Subaru korporasiyasına həvalə ediləcək. Mitsubishi Heavy Industries və Mitsubishi Electric öz növbəsində döyüş maşınları arasında məlumatların anında ötürülməsi üçün bir sistem yaradacaq. 

Ola bilsin ki, Yaponiya İngiltərə və ABŞ-ı istehsala cəlb etsin. Prototip testləri 2024-cü ildə həyata keçirilməlidir.

Alpər