Xəbər lenti

Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb (YENİLƏNİB/FOTOLAR)
Foto 19:00 08.07.2018

Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb (YENİLƏNİB/FOTOLAR)

Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb, 60 nəfər itkin düşüb.

Qaynarinfo xəbər verir ki, ölənlərin əksəriyyəti Honsyu adasındakı  Xirosima və Sikoku adasındakı Exime əyalətlərinin sakinləridir.

***

Sel fəlakəti nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, azı 60 nəfər isə itkin düşüb.
 
***
Yaponiyada şiddətli yağışlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, Kyodo agentliyi qurbanlarının çoxunun Xiroşima və ətrafında qeydə alındığını bildirib. Bəzi şəhərlər tamamilə su altında qalıb. Onlarla insanın itkin düşdüyü bildirilir. Ölkənin qərbində 3 milyon nəfərin təxliyəsi barədə əmr verilə bilər. Xilasetmə tədbirləri davam etdirilir.

Şiddətli yay yağışlarının növbəti günlərdə də davam edəcəyi təxmin edilir. Təbii fəlakət nəticəsində ölkədəki iri müəssisələr fəaliyyətini dayandırıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->