Yaponiyanın Briksrouf Biznes Universitetində Kovid-19 pandemiyası səbəbindən məzun günü tələbələrsiz keçirilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə iştirak edə bilməyən tələbələr diplomlarını robotlar vasitəsilə alıblar. Belə ki, robotların üzlərinə yerəşdirilən ekrandan tələbələr Zoom adlı proqramla görüntülü tədbirə qatılıblar. Onlar bu şəkildə müəllimlərlə görüşmək və foto çəkdirmək imkanı da qazanıblar.
Şərhlər