Yaponiyada Kusatsu yaxınlığında yerləşən xizək mərkəzində yanardağ partlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 15 nəfərin vulkan daşları səbəbilə yaralandığı bildirilir, iki nəfərin vəziyyəti ciddidir. 3 nəfər isə qar uçqunundan xilas edilib. 2160 metr hündürlüyü olan Kusatsu-Şirane yanardağına yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Yaponiyada 110 aktiv yanardağ var. 2014-cü ildə Ontake dağının partlaması nəticəsində 63 nəfər dünyasını dəyişmişdi.
Gülşən
Şərhlər