Yaponiyada ənənəvi qeyd olunan Hadaka Matsuri Festivalına 10 min kişi qatılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, sadəcə alt paltarı geyinən iştirakçılar şans gətirdiyinə inandıqları 20 santimetr uzunluğundakı çubuqları tutmağa çalışıblar. Çubuqları tutan şəxslərin həyatının il boyunca xoş keçəcəyinə inanılır.
Qeyd edək ki, sözügedən festivalın 500-ə yaxın yaşı olduğu təxmin edilir. İştirakçılar festivalda 1 yaxud 2 saat soyuq suda qalaraq ruhlarını təmizlədiklərinə də inanırlar.
Camal
Şərhlər