Foto 16:39 22.11.2019

Yaradıcılıq Fakültəsində Cəlil Cavanşirlə görüş keçirilib

Noyabrın 22-də Azərbaycan Dillər Universitetində "Yaradıcılıq fakültəsi”ndə şair, tərcüməçi, Cəlil Cavanşirlə  görüş keçirilib.  

Qaynarinfo xəbər verir ki, görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan "Yaradıcılıq Fakültəsi”nin dekanı Qismət Rüstəmov tədbir iştirakçılarını salamlayıb, silsilə şəklində davam edən ədəbi-bədii görüşlərin əhəmiyyətindən danışıb.

Şair, tərcüməçi Cəlil Cavanşir tələbələrə çağdaş nəşriyyat sistemindən, ədəbi əcdadlarından, özünə yaxın hesab etdiyi müəlliflərdən söhbət açıb. Qonaq görüşün ikinci hissəsində öz şeirlərdən nümunələr oxuyub və tələbələrin suallarını cavablandırıb.