Sənət 13:30 20.01.2022

Yaşasaydı, bu gün 76 yaşı olacaqdı

"O, mənim ücün ata, xalq ücün dəyərli bəstəkar Tahir Əkbər idi".

Bunu Qaynarinfo-ya açıqlamasında əməkdar incəsənət xadimi, mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyə Əkbərzadə deyib.
 
O, atasının ölümündən sonra Tahir Əkbərin yoxluğunu daima hiss etdiyini bildirib:

"O, mənim üçün əvəzsiz ata, həm də dostum idi. Artıq 4 ilə yaxındır ki, onsuz yaşayırıq. Özümü atamın yanında çox güvənli hiss edirdim. Düzdür, indi çalışıram həyatımı idarə edim, amma hansı tərəfə baxıram, onun olmadığını və bir tərəfimin boşlugunu hiss edirəm. Ölümündən sonra tanınmış bir bəstəkar olaraq Tahir Əkbər adı mənə dayaqdır".
 
Qeyd edək ki, bu gün əməkdar incəsənət xadimi, mərhum bəstəkar Tahir Əkbərin doğum günüdür. Yaşasaydı, bu gün 76 yaşı olacaqdı.  
Tahir Əkbər 2018-ci il martın 2-də dünyasını dəyişib.

Bahar Rüstəmli

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?