Xəbər lenti

Yaşlıların xəstəxana qarşısında qələbəlik yaratmasına nazirlikdən açıqlama (FOTO)
Ölkə 14:22 26.03.2020

Yaşlıların xəstəxana qarşısında qələbəlik yaratmasına nazirlikdən açıqlama (FOTO)

"Yaşı 65-dən yuxarı olan tənha vətəndaşların dərman preparatları evlərinə sosial xidmətçilər vasitəsi ilə gətirilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talibli şəkər xəstələrinin Səlyan Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı növbəsindən danışarkən deyib. 

Onun sözlərinə görə, yaşı 65 yaşdan yuxarı olan ümumi vətəndaşların isə dava-dərmanlarını ailə üzvləri almalıdır:

"65 yaşlı vətəndaşların küçəyə çıxması qəti qadağandır. Nazirlər Kabineti karantin elan edib və bu qərar qüvvədədir. Biz də bütün vətəndaşlardan xahiş edirik ki, evdən çölə çıxmasınlar. Əgər məcburi ehtiyacları olarsa, yəni hansısa xətəxanaya getməlidirlərsə, Təcili Tibbi Yardım çağrı mərkəzlərindən istifadə etsinlər. Lakin yaşı 65-dən yuxarı tənha yaşayan vətəndaşlarımıza isə nazirliyin sosial işçiləri xidmət göstətir. Onlar sosial xidmətçilər, yaxud da Dövlət Sosial Müdafiəsi Fondu ilə əlaqə saxlaya bilərlər. Yaşı 65-dən yuxarı ümumi vətəndaşların isə dərmanlarını ailə üzvləri almalıdır".

Qeyd edək ki, martın 26-da  bir qrup şəkər xəstəsi Salyan Rayon Mərkəzi Xəstəxanasının qarşısına toplanıb. Buna səbəb şəkər xəstəliyindən əziyyət çəkən xəstələrinin aylıq dərmanlarını almağa gəlməsi olub.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->