Xalq artisri Röya Ayxan yataqxanada yaşadığını etiraf edib.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, ifaçı bu barədə Xəzər TV-nin "5-də 5" proqrmında danışıb.
Zaur Kamal studiyaya təhsil haqqının ödənilməsinə yardım etdiyi İdman Akademiyasının 1-ci kurs tələbəsini dəvət edib. Söhbət zamanı onların yataqxanada yaşadığı məlum olub. Röya özünün də yataqxanada böyüdüyünü deyərək 17 yaşlı tələbəyə ürək-dirək verib:
"Kasıbçılıqdan, yataqxanada qalmaqdan heç narahat olmayın. Mən Nəşriyyat Evinin yataqxanasında böyümüşəm. Mirşahin (REAL TV-nin rəhbəri Mirşahin Ağayev) 5-ci mərtəbədə yaşayırdı, biz 3-də. O yataqxanadan bir çox mərd uşaqlar çıxdı, biri də mənəm".
Şərhlər