Xəbər lenti

Video 18:07 04.01.2020

"Yataqxanada böyümüşəm, Mirşahin 5-ci mərtəbəsində yaşayırdı, biz 3-də" (VİDEO)

Xalq artisri Röya Ayxan yataqxanada yaşadığını etiraf edib.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, ifaçı bu barədə Xəzər TV-nin "5-də 5" proqrmında danışıb.

Zaur Kamal studiyaya təhsil haqqının ödənilməsinə yardım etdiyi İdman Akademiyasının 1-ci kurs tələbəsini dəvət edib. Söhbət zamanı onların yataqxanada yaşadığı məlum olub. Röya özünün də yataqxanada böyüdüyünü deyərək 17 yaşlı tələbəyə ürək-dirək verib: 
"Kasıbçılıqdan, yataqxanada qalmaqdan heç narahat olmayın. Mən Nəşriyyat Evinin yataqxanasında böyümüşəm. Mirşahin (REAL TV-nin rəhbəri Mirşahin Ağayev) 5-ci mərtəbədə yaşayırdı, biz 3-də. O yataqxanadan bir çox mərd uşaqlar çıxdı, biri də mənəm".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->