Yaxın günlərdə pomidor bahalaşacaq (SƏBƏB)

Yaxın günlərdə pomidor bahalaşacaq (SƏBƏB)

"Yaxın günlərdə pomidor yenidən bahalaşacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr qeyd edib ki, pomidorun qiymətinin düşməsinə səbəb xarici bazara çıxa bilməməsidir:
 
 

"Xaricə ixrac üçün qadağa var. Ona görə pomidor daxili bazara çıxarılıb. Təklif tələbi üstələyib. Ona görə də qiymətlər düşüb”.

Eyyub Hüseynov bildirib ki, hazırda danışıqlar aparılır:

"Rusiya artıq pomidor ixracına icazə verib, Qazaxstanla məsələ həll olunub. Yaxın günlərdə məsələ tam həllini tapacaq. Bu prosesdə nəinki iqtisadiyyat, siyasət də var. Pomidorda ziyanverici tapılıb, bunun insan həyatı üçün heç bir təhlükəsi yoxdur, yalnız pomidor təsərrüfatına ziyan vurur, məhsuldarlığa təsir edir. Yaxın günlərdə məsələ tam həllini tapacaq”.

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR